Bank Of Baku

Azərbaycan yay vaxtına keçib

Azərbaycan yay vaxtına keçib
# 29 mart 2009 07:13 (UTC +04:00)
Bakı - APA-ECONOMİCS. Azərbaycan yay vaxtına keçib. «APA-ECONOMİCS»-in məlumatına görə, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» qərarına əsasən, martın 29-da saat 04:00-da respublika ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» qərarı 17 mart 1997-ci ildə qəbul edilib. Qərara əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR