Bank Of Baku

Koreyada Azərbaycan-Koreya Tələbə Təşkilatı yaradılıb

Koreyada Azərbaycan-Koreya Tələbə Təşkilatı yaradılıb
# 29 mart 2009 07:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Koreya Tələbə Təşkilatının təsis konfransı keçirilib. Təşkilatdan APA-ya verilən məlumata görə, tədbirdə Koreyada təhsil alan tələbələr, səfirliyin nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib. Konfransda təşkilatın strukturu müəyyənləşdirilib, nizamnaməsi qəbul olunub, məsul vəzifələrinə seçkilər keçirilib. Təşkilatın sədri vəzifəsinə, Kyung Hee Universitetinin Siyasi Elmlər və Diplomatiya ixtisası üzrə magistr pilləsində təhsil alan Mahir Hüseynov seçilib.
Konfransda Azərbaycanın Koreyadakı səfiri Rövşən Cəmşidov çıxış edərək yeni yaradılmış təşkilat haqqında fikirlərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR