Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqə və müsahibəyə 891 namizəd sənəd verib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqə və müsahibəyə 891 namizəd sənəd verib
# 29 mart 2009 08:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 30 dövlət orqanında 889 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqə və müsahibə mərhələsinə 891 namizəd sənəd verib. Bu barədə APA-ya komissiyanın mətbuat xidmətindən məlumat verilib. Sənəd verənlərin 773 nəfəri müsabiqə, 118 nəfəri isə müsahibə mərhələsində iştirak etmək istəyir. Qeyd edək ki, vakant dövlət qulluğu vəzifələrindən 639-u müsabiqəyə, 250-si isə müsahibəyə çıxarılır. Aprelin 6-dək davam edən sənəd qəbulu birbaşa və online üsulu ilə aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR