Bank Of Baku

Almaniya Arxeologiya İnstitutu ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu müştərək arxeoloji tədqiqatlar aparacaqlar

Almaniya Arxeologiya İnstitutu ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu müştərək arxeoloji tədqiqatlar aparacaqlar
# 29 mart 2009 11:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Aprelin 1-3-də Bakıda Almaniya səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan – şərqi və qərbi birləşdirən ölkə (b.e.ə. VII və IV
minilliklərdə)” mövzusunda beynəlxalq arxeoloji konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın APA-ya verdiyi məlumata görə, konfrans Azərbaycanda Almaniya mədəniyyət həftələri çərçivəsində baş tutacaq. Arxeologiya və Etnoqrafiya İnstitutunun və Almaniya Arxeologiya İnstitutunun birgə təşkil etdiyi konfransın açılışında Almaniya xarici işlər nazirinin müavini Gernot Erler giriş sözü ilə çıxış edəcək. Konfransda Azərbaycan, Almaniya, Fransa, ABŞ və Türkiyədən tanınmış arxeoloq-mütəxəssislərin iştirakı gözlənilir. M. Rəhimova bildirib ki, konfransda Azərbaycan arxeologiyasının neolit, eneolit və tunc dövrünə aid olan arxeoloji abidələrinin tədqiqatı müzakirə ediləcək. Alman arxeoloqlarının artıq Şəmkirdə arxeoloji tədqiqat apardıqlarını deyən M. Rəhimovanın sözlərinə görə, Almaniya Arxeologiya İnstitutu ilə Arxeologiya və Etnoqrafiya İnstitutu arasında Azərbaycan ərazisində müştərək arxeoloji tədqiqatların aparılmasına dair müqavilə imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR