Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,321 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,321 mln. nəfərə çatıb
# 29 mart 2009 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda iqtisadi fəal əhalinin sayı mart ayının 1-i vəziyyətinə 4 321,2 min nəfər olub, onlardan 4 059,7 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 407,7 min nəfər, orta siyahı sayı isə 1 363,2 min nəfər təşkil edib. Onların 874,9 min nəfəri iqtisadiyyatın dövlət, 488,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 20,4%-i istehsal, 25,3%-i isə xidmət sahələrində fəaliyyət göstərib, işçilərin 2,5%-i digər sahələrdə cəmlənib.
Cari ilin yanvar ayında müəssisə və təşkilatlarda 4,4 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,1 min nəfəri tikintidə, 0,6 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,5 min nəfəri topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,4 min nəfəri təhsil sahəsində və 0,4 min nəfəri digər sahələrdə işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR