Bank Of Baku

Çində səhiyyə nazirləri səviyyəsində vərəmlə mübarizə üzrə konfrans keçiriləcək

Çində səhiyyə nazirləri səviyyəsində vərəmlə mübarizə üzrə konfrans keçiriləcək
# 29 mart 2009 13:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Aprelin 1-3-də Çinin Pekin şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin Səhiyyə Nazirliyi, Bill və Melinda Qeyds Fondunun təşkilatçılığı ilə səhiyyə nazirləri səviyyəsində vərəmin dərmanlara dayanaqlılığı formalarına qarşı qlobal mübarizə üzrə konfrans keçiriləcək. ÜST-nın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbirin məqsədi vərəmin dərmanlara dayanaqlılığı formaları yüksək səviyyədə olan 27 ölkədə (Ermənistan, Azərbaycan, Banqladeş, Belorus, Bolqarıstan, Çin, Konqo, Estoniya, Efiopiya, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Myanma, Nigeriya, Filippin, Rusiya, Pakistan, Cənubi Afrika, Tacikistan, Ukrayna, Özbəkistan, Vyetnam) konsensus yaratmaq və onlara dəstək göstərməkdir. Eyni zamanda, adıçəkilən ölkələrə vərəmin dərmanlara dayanaqlılığı formalarına qarşı mübarizə üzrə 5 illik milli strateji planlarının təkmilləşdirilməsinə imkan yaratmaqdır. Konfransda xəstəliyə qarşı mübarizə yolları, yeni müalicə metodları, bu istiqamətdə görüləcək tədbirlərlə bağlı müzakirələr aparılacaq. Tədbirdə Azərbaycanı səhiyyə nazirinin müavini Abbas Vəlibəyov təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR