Bank Of Baku

Azərbaycan nümayəndə heyəti “Təhsil sektorunun inkişafı” üzrə layihə çərçivəsində Litvaya səfər edəcək

Azərbaycan nümayəndə heyəti “Təhsil sektorunun inkişafı” üzrə layihə çərçivəsində Litvaya səfər edəcək
# 29 mart 2009 14:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Dünya Bankı (DB) və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi “Təhsil sektorunun inkişafı” üzrə ikinci layihə çərçivəsində sabah Azərbaycan nümayəndə heyəti Litvaya tədris səfəri edəcək. Layihəni əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov APA-ya bildirib ki, nümayəndə heyətinin tərkibinə Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin təmsilçiləri daxil olacaq. Təhsil Nazirliyindən nümayəndə heyətində dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı və iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov təmsil olunacaq. Aprelin 5-dək davam edəcək səfərin məqsədi Litvanın dərsliklərin hazırlanması, qiymətləndirilməsi və məktəb şəbəkəsinin rasionallaşdırılması sahəsində təcrübəsi ilə tanış olmaqdır.
Qeyd edək ki, “Təhsil sektorunun inkişafı” üzrə ikinci layihəsinin icrasına 45,4 milyon dolların ayrılması nəzərdə tutulub. Bunun 25 milyon dollarını DB, 20,4 milyon dollarını isə Azərbaycan hökuməti ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR