Bank Of Baku

Naxçıvanın orta məktəblərində elektron lövhələr quraşdırılır

Naxçıvanın orta məktəblərində elektron lövhələr quraşdırılır
# 30 mart 2009 07:16 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) orta ümumtəhsil məktəblərində elektron lövhələr quraşdırılır. Naxçıvan MR Təhsil Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu, kompüterdən istifadə etməklə fənlərin, xüsusilə dəqiq elmlərin şagirdlər tərəfindən əyani şəkildə yüksək səviyyədə qavranılmasına imkan verəcək.
İlk elektron lövhəli sinif otağı əsaslı yenidənqurmadan sonra yeni istifadəyə verilən Naxçıvan şəhər 8 nömrəli orta məktəbdə tətbiq olunub. Bu addım ilk olaraq yeni tikilən məktəb binalarında atılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR