Bank Of Baku

Azərbaycanın Oğuz və Zaqatala rayonlarına təbii qazın verilməsi dayandırılıb

Azərbaycanın Oğuz və Zaqatala rayonlarına təbii qazın verilməsi dayandırılıb
# 30 mart 2009 08:02 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Oğuz və Zaqatala rayonlarına bu gün səhər saatlarından təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın yerli bürosuna sözü gedən rayonların sakinləri məlumat verib.
Oğuz rayon Qaz İstismarı İdarəsindən(Qİİ) APA-ya bildirilib ki, mavi yanacağın verilişinin dayandırılması Şəki-Oğuz magistral qaz kəmərində qaz sızmalarının aşkar edilməsi ilə bağlıdır.
Zaqatala Qaz İstismarı İdarəsindən(Qİİ) isə bildirilib ki, rayona təbii qazın verilməsində yaranan fasilə Zaqatala Qaz Paylayıcı Şəbəkəsində(QPŞ) aparılan təmir işləri ilə əlaqədardır.
Hazırda Oğuz və Zaqatala rayonlarının qaz istismarı idarələrinin əməkdaşları təmir işləri ilə məşğuldurlar. Təmir işlərinin günün sonuna kimi başa çatacağı, rayonlara mavi yanacağın verilməsinin axşam saatlarında bərpa olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR