Bank Of Baku

Gənclər və İdman Nazirliyi “Gənclər terror əleyhinə” internet aksiyası keçirəcək

Gənclər və İdman Nazirliyi “Gənclər terror əleyhinə” internet aksiyası keçirəcək
# 30 mart 2009 08:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Gənclər terror əleyhinə” internet aksiyası keçirəcək. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Aksiya nəticəsində Avropa Şurası, Avropa Parlamenti, BMT-nin müxtəlif strukturları, nüfuzlu beynəlxalq siyasi təşkilatlar, xarici ölkələrin parlament üzvləri və xarici diplomatik korpuslar, beləliklə 15.000-dən çox elektron poçt sahibi Azərbaycanlı gənclərin göndərəcəkləri 1918-ci ilin 31 mart tarixində ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terror əməliyyatları barədə məlumatları əldə edəcək. “Gənclər terror əleyhinə” aksiyası rəsmi olaraq 31 mart - Azərbaycanlıların Soyqırımı Günü start götürəcək. Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının fəal iştirakı ilə keçirilən internet aksiya artıq 3 ildir ki, hər il 31 mart tarixində təşkil edilir. Aksiyaya Bakı Dövlət Universiteti, Dövlət Pedaqoji Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Neft Akademiyası və Azərbaycan Turizm İnstitutunun tələbələri, müxtəlif gənclər təşkilatlarının üzvləri qoşulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR