Bank Of Baku

Güclü yağış Azərbaycanın Qusar rayonunda dağıntılar törədib

Güclü yağış Azərbaycanın Qusar rayonunda dağıntılar törədib
# 16 iyun 2009 13:29 (UTC +04:00)
Axşam saat 23.00 radələrində güclənən sel suları Qusar rayonunun Gündüzqala kəndindəki köpünü dağıdıb. Nəticədə kənd iki yerə bölünüb. Çayın o biri sahilində yaşayan 140 ailənin qarşı tərəflə, o cümlədən rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Həmçinin körpünün o biri tərəfindən yerləşən, rayon mərkəzinə çıxışı yalnız bu körpüdən olan Yuxarı Zeyxur, İmamqulukənd, Kuxur-oba və digər ucqar kəndlərin də yolu bağlanıb. Sahilboyu 7 hektar təsərrüfat sahəsi selin təsirindən yararsız hala düşüb. Yerli sakinlərin bildirdiyinə görə, kənd körpüsü çox primitiv üsulla qurulduğundan analoji hadisə tez-tez baş verir. Əraziyə Qusar rayon Fövqəladə Hallar Komissiyası baxış keçirib və körpünün təmiri üçün yerli bələdiyyələrə göstəriş verilib. Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Əlif Məmmədovun APA-ya verdiyi məlumata görə, sel rayonun bir neçə kəndində təsərrüfat sahələri üçün ciddi təhlükə yaradıb. Yarana biləcək fəsadların qarşısının alınması məqsədilə əlaqədar qurumlar çaylarda sahil bərkitmə tədbirləri aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR