Bank Of Baku

Azərbaycan hökuməti viza tələb olunmayan qaydada əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması qaydalarını təsdiq edib

Azərbaycan hökuməti viza tələb olunmayan qaydada əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması qaydalarını təsdiq edib
# 16 iyun 2009 13:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması Qaydaları»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətini uzatmalı və ya ölkəni tərk etməlidirlər.

Sənədə əsasən, 18 yaşına çatmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən 90 günədək uzadıla bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların təcili müalicə olunmasına zərurət yarandıqda, yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə, xidməti zərurətlə əlaqədar nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə uzadıla bilər.

Qaydalara görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma müddətinin bitməsinə ən azı 7 iş günü qalmış müddətin uzadılması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR