Bank Of Baku

Azərbaycanda istehsalı və satışı qadağan olunmuş məhsullar telekanallarda reklam olunur

Azərbaycanda istehsalı və satışı qadağan olunmuş məhsullar telekanallarda reklam olunur
# 16 iyun 2009 14:17 (UTC +04:00)
Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya bildirib ki, bu hallar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Reklam haqqında” qanunlarla tənzimlənməlidir: “Məhsulun sertifikatı yoxdursa, istehsalına və satışına qadağa qoyulubsa, onun reklamı da qadağandır. Sertifikatı olmayan məhsul satıla bilməzsə, reklam da oluna bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13.5-ci bəndində də göstərilir ki, uyğunluq sertifikatı olmayan məhsulların reklamı qadağandır”.

Komitə rəsmisi bildirib ki, telekanallarda təkcə sertifikatı olmayan ərzaq məhsullarının deyil, qeyri-ərzaq məhsullarının reklamı da yer alır. Lakin Komitə hələlik bu faktlarla bağlı nə telekanallara, nə də Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib: “Bu məsələ bizim diqqətimizdədir. Lazım olan anda biz bu məsələyə müdaxilə edəcəyik. Əslində, bu halla bağlı rəsmi müraciətə ehtiyac olmamalıdır. Hansı məhsul sertifikatını təqdim etmirsə, o məhsulun reklamına icazə verilməməlidir”.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə APA-ya bildirib ki, Dövlət Komitəsinin Milli Teleradio Şurasını və ya kanalları qınamağa ixtiyarı yoxdur: ““Televiziya və radio yayımı haqqında” qanunun 36.2-ci maddəsinə görə, reklamı qadağan olunmuş məhsulun istehsalını və satışını həyata keçirmiş şəxslərin sponsorluğuna yol verilmir. Komitə istehsalı və satışı qadağan olunmuş, sertifikatı olmayan məhsulların siyahısını bizə göndərməli idi. Əks halda, biz haradan bilə bilərik ki, hansı məhsulun reklamı qadağandır”.

T. Dadaşovun sözlərinə görə, Şura artıq Səhiyyə Nazirliyinin müraciəti əsasında lisenziyasız fəaliyyət göstərib xalq təbabəti ilə məşğul olan və telekanallarda reklamı gedən klinika ilə bağlı tədbir görüb: “Kanallara da xəbərdarlıq etdik ki, bu müəssisənin reklamı dayandırılsın. Eyni müraciəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR