Bank Of Baku

Bakı və Sumqayıtda XI sinif şagirdləri mərkəzləşmiş qaydada buraxılış imtahanı veriblər

Bakı və Sumqayıtda XI sinif şagirdləri mərkəzləşmiş qaydada buraxılış imtahanı veriblər
# 16 iyun 2009 15:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Bakı və Sumqayıt şəhərlərinin XI sinif şagirdləri mərkəzləşmiş qaydada buraxılış imtahanı veriblər. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva APA-ya bildirib ki, imtahanda 33 minə yaxın şagird iştirak edib. Lakin şöbə müdiri imtahanın nəticələri ilə bağlı hər hansı məlumat verməyib. O bildirib ki, imtahanın nəticələri iyunun 20-dək elan olunacaq.

Qeyd edək ki, buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR