Bank Of Baku

Bakıda Ombudsmanların VII Beynəlxalq Konfransı keçirilir

Bakıda Ombudsmanların VII Beynəlxalq Konfransı keçirilir
# 17 iyun 2009 09:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Ombudsman Aparatı və UNESCO-nun birgə təşkilatçılığı ilə Avropa Şurasının 60 illiyinə və 18 iyun – Milli İnsan Hüquqları Gününə həsr edilmiş “Bioetika, insan hüquqları və yeni texnologiyalar reproduktiv sağlamlığın və ailə planlaşdırmasının hüquqi və etik aspektləri” mövzusunda Ombudsmanların VII Bakı Beynəlxalq Konfransı başlayıb. APA-nın məlumatına görə, üç gün davam edəcək konfransın açılışında çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, “bioetika” termini elmə 1971-ci ildən daxil olub. Son dövrlər ölkədə reproduktiv sağlamlığın qorunması istiqamətində xeyli işlər görüldüyünü deyən ombudsman, rəhbərlik etdiyi qurumun da bölgələrdə anaların və körpələrin qorunması, reproduktiv sağlamlığın tibbi, mənəvi aspektləri ilə bağlı tədbirlər keçirdiyini söyləyib. O, Milli Məclisdə “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” qanun layihəsinin müzakirəyə çıxarıldığını, lakin sənədə münasibətin birmənalı olmadığını vurğulayıb. Konfransın keçirilməsində əsas məqsəd də reproduktiv sağlamlıq və bioetika məsələləri ilə bağlı ictimaiyyəti maarifləndirməkdir.

BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Bruno Pueza isə bildirib ki, 2001-ci ildən etibarən UNESCO bioetika sahəsində maarifləndirici, məsləhət yönümlü qaydalar toplusu hazırlayıb: “Reproduktiv sağlamlığın qorunması bir çox ölkələr üçün reallıqdır. Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə reproduktiv sağlamlığın inkişafına nail olunub. Lakin dünyanın əksər ölkələrində hələ də bu hüquqlar pozulur. Ümid edirəm ki, keçiriləcək konfrans reproduktiv sağlamlıq, bioetika məsələləri ilə bağlı daha geniş inkişafa səbəb olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR