Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
# 17 iyun 2009 10:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının (İP) Azərbaycandakı rəhbəri Bruno Puezza ilə görüşüb. Şuradan APA-ya daxil olan məlumata görə, görüşdə regional QHT-lərin fəaliyyətinin səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması üçün BMT İP tərəfindən quruma göstəriləcək institusional dəstəklə əlaqədar texniki və təşkilatı məsələlər müzakirə edilib. Tərəflər qısa vaxt ərzində hazırlıq işlərini başa çatdırıb əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR