Bank Of Baku

Bakı şəhər Baş Polis İdarəsində püşkatma keçirilib – FOTO

Bakı şəhər Baş Polis İdarəsində püşkatma keçirilib – <font color=red>FOTO </font>
# 17 iyun 2009 13:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) paytaxtın polis qarnizonunda xidmət edən, avtomobil nəqliyyatı üzrə ixtisası olan sıravi və kiçik rəis heyətindən Dövlət Yol Polisinə müfəttişlər seçmək üçün püşkatma keçirilib. APA-nın məlumatına görə, BŞBPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov püşkatmaya dəvət olunanların təcrübəli əməkdaşların içərisindən müsabiqə yolu ilə seçildiyini və onların yeni vəzifələrində də vətənə sədaqətli, xidməti işlərinə məsuliyyətli, intizamlı olacaqlarına şübhə etmədiyini bildirib.

Daha sonra BŞBPİ-nin Kadrlar İdarəsinin rəisi, polis polkovniki İlqar Əzimov vakant yerlərin (Səbail və Nərimanov rayonlarının hər biri üzrə 4, Sabunçu və Suraxanı rayonlarının hər biri üzrə 2 yer olmaqla) və əməkdaşların adlarını (12 nəfər) elan edib. Sonra püşkatma keçirilib və 12 nəfər yeni vəzifələrə seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR