Bank Of Baku

Polşa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: “Qubadakı kütləvi məzarlığı dünyaya nümayiş etdirmək lazımdır”

Polşa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: “Qubadakı kütləvi məzarlığı dünyaya nümayiş etdirmək lazımdır”
# 17 iyun 2009 14:14 (UTC +04:00)
Quba-APA. Azərbaycanda iki günlük səfərə gələn Polşa Seyminin Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndəli bu gün Qubada olub. APA-nın şimal bürosunun məlumatına görə, Qubada müxtəlif azsaylı xalqların həyat tərzi, məişəti və mədəniyyəti ilə tanış olan qonaqlar buradakı kütləvi məzarlıqla xüsusi maraqlanıblar. Azərbaycan Milli Məclisinin üzvlərinin və yerli rayon rəhbərliyinin müşayiəti ilə kütləvi məzarlığı ziyarət edən polşalı parlamentarilərə 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşi qırğınlar barəsində ətraflı məlumat verilib. Dinc insanlara qarşı törədilən zorakılıq nişanələri ilə əyani tanış olan polşalı qonaqlar gördüklərindən dəhşətə gəldiklərini bildirib. Polşa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Veslav Voda bildirib ki, gördüklərindən çox sarsılıb: “Belə faciəli hadisələr və onları əks etdirən məzarlıqlar Polşada da var. İnsan nə qədər vəhşi olmalıdır ki, qətl törədərkən belə işgəncə metodlarından istifadə etsin. Bu məzarlığı qoruyub saxlamaq, həmçinin bütün dünyaya nümayiş etdirmək lazımdır ki, sonradan heç kəs tarixi təhrif edə bilməsin”.
Polşalı parlamentarilər ermənilərin Azərbaycanda törətdiyi vəhşi qırğınlara, o cümlədən Quba faciəsinə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsinin vacibliyini xüsusi qeyd ediblər.
Milli Məclisin deputatı Səyavuş Novruzov isə yaxın bir zamanda Quba məzarlığında beynəlxalq ekspertlərin elmi tədqiqatlara başlayacağını açıqlayıb. 1918-ci ilin Quba faciəsi ilə bağlı həqiqətlər Polşa mətbuatında da əks olunacaq. Bunu da polşalı parlamentarilər bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR