Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmlər Bölməsinin büro iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmlər Bölməsinin büro iclası keçirilib
# 17 iyun 2009 14:25 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmlər Bölməsinin (FRTEB) büro iclası keçirilib.

AMEA-dan «APA-Economics»ə verilən məlumata görə, büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə bölmənin akademik-katibi akademik Akif Hacıyev açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib. Toplantıda Radiasiya Problemləri İnstitutunun (RPİ) laboratoriya rəhbərlərinin vəzifələrinin təsdiqi məsələlərinə baxılıb.

Bölmənin qərarı ilə akademik Mahmud Kərimov «Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası» laboratoriyası, AMEA-nın müxbir üzvü Adil Qəribov «Radiokimya» laboratoriyası, Asim Abdullayev «Radioprotektorlar», Teymur Ağayev «Heterogen proseslərin radiasiya kimyası», Elmxan Cəfərov «Radiobiologiya», Müslüm Qurbanov «Ətraf mühit proseslərinin radiasiya kimyası», Rəhim Mədətov «Yarımkeçiricilərin radiasiya fizikası», İslam Mustafayev «Enerjiqənaətedici radiasiya prosesləri», Pərviz Rzayev «Bərpa olunan enerji növlərinin çevrilməsi», Rauf Sərdarlı «Seqnetoelektriklərin radiasiya fizikası», Mahmud Abdullayev «Radioekologiya» laboratoriyasının rəhbəri vəzifələrinə təsdiq edilib.

Sonra E.Qasımovun «Sonlu inteqral çevirmə metodu və onun tətbiqləri», M.İsayevin «Neft kəmərlərində axın miqdarının ölçmə sistemləri» monoqrafiyalarına qrif verilməsi, AMEA aspirantlarının elmi konfransının yekunları, «Fizika, texnika və texnologiyanın aktual problemləri» elmi konfransının yekunları, Fizika İnstitutunun baş elmi işçisi D.Araslının 70 illik yubileyinin keçirilməsi məsələlərinə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR