Bank Of Baku

BMT-nin baş katibi Ümumdünya Qaçqınlar Günü ilə bağlı üzv dövlətlərə müraciət edib

BMT-nin baş katibi Ümumdünya Qaçqınlar Günü ilə bağlı üzv dövlətlərə müraciət edib
# 17 iyun 2009 15:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT-nin baş katibi Pan Gi Mun 20 iyun – Ümumdünya Qaçqınlar Günü ilə bağlı üzv dövlətlərə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Bütün dünyada milyonlarla insan zorakılıq, təqib və münaqişələr nəticəsində yurd-yuvasından didərgin düşüb. Bu şəxslərin və ailələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələrdəndir və qlobal iqtisadi böhranın yaratdığı sərt şəraitə xüsusilə həssasdır. Builki Ümumdünya Qaçqınlar Gününün “Real insanlar, real ehtiyaclar” adlı mövzusu qaçqınların ölkələri də daxil olmaqla, nələri itirdiyini və humanitar təşkilatlar tərəfindən onlara kömək etmək üçün nə qədər fəaliyyətə ehtiyac olduğunu vurğulayır”.

Baş katib bildirib ki, hazırda qaçqınların sığınacaq, səhiyyə xidmətləri, təhsil, qida, təmiz su, sanitariya, zorakılıq və sui-istifadədən müdafiə kimi əsas ehtiyaclarının ödənilməsində boşluqlar var: “Zəif qidalanmanın, o cümlədən ölüm hallarının səviyyəsi yurd-yuvalarından didərgin düşmüş əhali arasında daha yüksəkdir. Tənha qadın və qızlar istismara xüsusilə məruz qalan təbəqədir. Təcrübə göstərir ki, təhsillərini davam etdirənlər bu cür sui-istifadəyə daha az məruz qalırlar. Qaçqınlar üçün təhsil ocaqlarının tikilməsi üçün daha çox resurslara ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR