Bank Of Baku

Azərbaycanın rayonlarına leysan yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarına leysan yağacaq, dolu düşəcək
# 18 iyun 2009 09:44 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Gündüz 26-30, axşam 19-22 dərəcə isti, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 23-24 dərəcə olacaq.

İyunun 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhər və gündüz arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 19-21 dərəcə, gündüz 23-26 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 22-23 dərəcə isti olacağı gözlənilir. İyunun 20-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq. İyunun 21-də hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-19 dərəcə, gündüz 25-28 dərəcə isti olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında iyunun 19-da, əsasən, gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. İyunun 20-21-də də gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, iyunun 21-də şərq küləyinə keçəcək.

Gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR