Bank Of Baku

Goranboyda kəlbəcərli məcburi köçkünlər üçün yeni qəsəbə salınır - FOTOSESSİYA

Goranboyda kəlbəcərli məcburi köçkünlər üçün yeni qəsəbə salınır - <font color=red>FOTOSESSİYA</font>
# 18 iyun 2009 13:50 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Goranboyun Veyisli kəndi yaxınlığında kəlbəcərli məcburi köçkünlər üçün yeni evlərin tikintisinə start verilib. Kəlbəcər rayon icra başçısının birinci müavini Aqil Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, yeni evlər Goran dəmiryol stansiyası yaxınlığında Avropa Birliyinin yardımı ilə 1994-cü ildə salınmış EKO qəsəbəsində məskunlaşan kəlbəcərli məcburi köçkünlər üçün nəzərdə tutulub. Burada 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 596 fərdi ev tikiləcək.
Məcburi köçkünlər yeni evlərinə bu ilin sentyabrında köçəcəklər. Yeni qəsəbə layihəsinin gerçəkləşdirilməsi Məcburi Köçkünlərin Sosial İnkişafı Fondundan ayrılan vəsait hesabına Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Qəsəbədə məktəb, rabitə sistemi, tibb məntəqəsi və mədəniyyət obyektləri də tikilir. Layihənin 10 iyun 2010-cu ildən başlayan 2-ci mərhələsində qəsəbə sakinlərinin işlə təmin olunması üçün emal sexləri tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR