Bank Of Baku

Naxçıvanın arxeoloji abidələri əcnəbilərlə birgə tədqiq olunacaq

Naxçıvanın arxeoloji abidələri əcnəbilərlə birgə tədqiq olunacaq
# 18 iyun 2009 14:38 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. İyun ayının sonlarından etibarən Naxçıvan Muxtar Respublikasında arxeoloji abidələrin tədqiqinə başlanacaq. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı Türkanə Bəylərlinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, beynəlxalq ekspedisiyalar bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları ilə ABŞ-ın Pensilvaniya Universitetinin və Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşları ilə birgə təşkil olunacaq. Tədqiqatlar əsasən dünya əhəmiyyətli abidələrdən biri olan şəhər tipli Oğlanqala yaşayış yerinin daxili strukturu və dövrünün dəqiqləşdirilməsinə, Ovçular təpəsi yaşayış yerində isə eneolit və erkən tunc dövrünə aid mədəniyyətlərin öyrənilməsinə həsr olunacaq. Bundan əlavə, Duzdağ ərazilərində ötən illərdən başlanan tədqiqat işləri də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR