Bank Of Baku

Gədəbəyə yağan güclü yağış daşqınlara səbəb olub

Gədəbəyə yağan güclü yağış daşqınlara səbəb olub
# 19 iyun 2009 07:37 (UTC +04:00)
Gədəbəy. Cəmşid Bəxtiyar-APA. Azərbaycanın Gədəbəy rayonuna dünən axşamdan yağmağa başlayan güclü yağış daşqınlara səbəb olub. APA-nın qərb bürosunun xəbərinə görə, Kiçik Qaramurad çayı üzərindəki 8 kəndin əhalisinin istifadə etdiyi körpünü sel aparıb. Nəticədə kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Rayonun Əliismayıllı, Daryurd, Ağamalı kəndlərinin təsərrüfatlarına da ciddi ziyan dəyib.
Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev APA-nın əməkdaşına bildirib ki, rayonun daxili imkanları hesabına dəyən ziyanı aradan qaldırmaq mümkün olmadığına görə, əlaqədar təşkilatlara müraciət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR