Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,324 mln. nəfəri ötüb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,324 mln. nəfəri ötüb
# 19 iyun 2009 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il iyun ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 324,1 min nəfər olub ki, onlardan 4,063 mln. nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-aprel aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 383,6 min nəfər, orta siyahı sayı isə 1 359,4 min nəfər təşkil edib. Onların 875,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 483,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20%-i istehsal sahələrində - 12,5%-i sənayedə, 4,8%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,4%-i təhsil, 19,5%-i topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,2%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,2%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,6%-i isə digər sahələrdə cəmlənib.

Bundan başqa, 2009-cu ilin yanvar-aprel aylarında müəssisə və təşkilatlarda 5 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,5 min nəfəri tikintidə, 0,6 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,5 min nəfəri topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,4 min nəfəri təhsil sahəsində və 0,6 min nəfəri digər sahələrdə işləyib.

Məşğulluq mərkəzlərinin məlumatına görə, 2009-cu il iyun ayının 1-i vəziyyətinə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 44 145 nəfər olub, onların da 46%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR