Bank Of Baku

Güclü leysan Qubada dağıntılar törədib

Güclü leysan Qubada dağıntılar törədib
# 19 iyun 2009 07:54 (UTC +04:00)
Kənd sakinlərinə məxsus iki “QAZel”, bir “Niva” markalı avtomobilləri, kəndin marşrut avtobusunu sel aparıb. Maşınlar qayalara çırpılaraq yararsız hala düşüb. Kənd sakinlərinə məxsus 10 baş mal-qara tələf olub. Çiçi kəndinin inzibati ərazi vahidliyinin binası uçub. Çiçi çayı üzərində olan 5 körpünü su aparıb. Sel həmçinin 30 hektara qədər əkin sahəsinə ziyan vurub. Kəndin elektrik və rabitə şəbəkəsi tamamilə sıradan çıxıb.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov APA-ya açıqlamasında deyib ki, bu gün səhərdən başlayaraq selin vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR