Bank Of Baku

Yaxın illərdə regionlarda da qəbul imtahanları keçiriləcək

Yaxın illərdə regionlarda da qəbul imtahanları keçiriləcək
# 19 iyun 2009 10:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Yaxın illərdə qəbul imtahanları regionlarda da keçiriləcək. İşlər sürətlə getsə, bu, gələn il də mümkün ola bilər”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev deyib. O bildirib ki, hazırda TQDK-nın Naxçıvanda, Gəncədə, Şəkidə, Qubada və Lənkəranda regional bölmələri fəaliyyət göstərir və həmin bölmələr üçün kadr hazırlığını təmin etmək məqsədilə dövlət qulluğuna müsabiqə elan edilib: “TQDK-nın regional bölmələri tam gücü ilə fəaliyyətə başladıqdan sonra bölgələrdə də ali məktəblərə qəbul imtahanları keçiriləcək”.

Komissiya sədrinin müavini əlavə edib ki, TQDK-nın bölgələrdə keçirdiyi sınaq imtahanları regionlarda abituriyentlərin imtahan vərdişlərini yüksəlməklə yanaşı, həm də nəzarətçi müəllimlərin hazırlığını gücləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR