Bank Of Baku

Məleykə Abbaszadə: “Bu gün qəbul olunan “Təhsil haqqında” yeni qanun bizi qane edir”

Məleykə Abbaszadə: “Bu gün qəbul olunan “Təhsil haqqında” yeni qanun bizi qane edir”
# 19 iyun 2009 10:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. ““Təhsil haqqında” qanunun bu səviyyədə qəbulu bizi qane edir”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O, TQDK tərəfindən irəli sürülən təkliflərin əvvəlcə nəzərə alınmadığını, lakin sonradan bu məsələnin həllini tapdığını söyləyib: “Şəmsəddin Hacıyev bu gün verdiyi arayışda bizim rəyimizin nəzərə alındığını deyib. Bizim bütün təkliflərimiz qanunda əksini tapıb. “Təhsil haqqında” yeni qanun bizi qane edir”.

Komissiya sədri rəhbərlik etdiyi qurumun qanun layihəsinin üç maddəsinin dəyişdirilməsi ilə bağlı təklifinə gəldikdə, bunlardan ikisinin nəzərə alındığını, üçüncüsünün isə redaktə xarakterli olduğunu bildirib. Qanun layihəsində medallarla bağlı heç bir məsələnin nəzərdə tutulmadığını qeyd edən M. Abbaszadə builki qəbul qaydalarında heç bir dəyişikliyin olunmayacağını deyib: “Bu qaydalar yanvar-fevral aylarında elan olunub, qəbul da o qaydada keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR