Bank Of Baku

Mikayıl Cabbarov: “İçərişəhərdə beynəlxalq qurum və təşkilatın fəaliyyət göstərməsi bizim üçün hüquqi nöqteyi-nəzərdən heç bir problem yaratmır”

Mikayıl Cabbarov: “İçərişəhərdə beynəlxalq qurum və təşkilatın fəaliyyət göstərməsi bizim üçün hüquqi nöqteyi-nəzərdən heç bir problem yaratmır”
# 19 iyun 2009 13:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İçərişəhərdə hər hansı beynəlxalq qurum və təşkilat fəaliyyət göstərirsə, bu, bizim üçün hüquqi nöqteyi-nəzərdən heç bir problem yaratmır. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi istər mülkiyyət, istərsə də icarədar hüquqlarına hörmətlə yanaşır və fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirir”. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, əgər həmin qurumlar “İçərişəhər”də müasir biznes mərkəzlərinə oxşar şərait yaratmaq, məhdudiyyətsiz sayda avtomobillərin rahat gediş-gəlişini təşkil etmək, yaxud hündür mərtəbəli binalar istəyirlərsə, bu, mümkün deyil: “Bu tarixi şəhərdə olan məhdudiyyətlər hamı üçün eynidir. Biz burada fərqli siyasət həyata keçirə bilmərik. İçərişəhərdə və ya şəhərin digər hissəsində olmaq həmin qurumların müstəqil qərarıdır. Biz həmin qurumlara hörmətlə yanaşırıq. Eyni zamanda, bizim də gözləntimiz ondan ibarətdir ki, tarixi şəhərdə olmaq üçün məhdudiyyətlərə əməl edilsin. Əgər onların məhdudiyyətlərə əməl etməkdə problemləri yoxdursa, bizim də problemimiz yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR