Bank Of Baku

Yunanıstanın Patra Universiteti Şəki vərəm dispanserində yeni layihə həyata keçirməyə başlayır

Yunanıstanın Patra Universiteti Şəki vərəm dispanserində yeni layihə həyata keçirməyə başlayır
# 19 iyun 2009 15:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Yunanıstanın Patra Universiteti Şəki vərəm dispanserində yeni layihə həyata keçirməyə başlayır. APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında layihə rəhbəri, doktor Nikolaos Lazaru deyib. O bildirib ki, layihənin məqsədi Şəkidə vərəm xəstəliyinə tutlma səviyyəsinin azaldılmasıdır. Bu layihə Vərəmə Nəzarət Milli Layihə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq etməklə həyata keçiriləcək. Bir il davam edəcək layihə 600 vərəm xəstəsinə şamil olacaq: “Əsas məqsədlərdən biri tibb personalının bu xəstəliklə mübarizə aparmasına dəstək vermək, xəstələrin tədric edilməsi üçün daha yaxşı klinik şəraitin yaradılması və yeni yoluxma hallarının müəyyən edilməsidir. Bu layihənin həyata keçməsi üçün Yunanıstan hökuməti 60 min avro ayırıb. Lakin bu, yekun deyil, görəcəyimiz işlərdən asılı olaraq, bu rəqəm artırıla da bilər”. İyunun 14-dən Azərbaycanda olan yunan həkimlər iyunun 21-də ölkələrinə qayıdacaqlar və 2 aydan sonra layihənin gedişini izləmək üçün yenidən Azərbaycana gələcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR