Bank Of Baku

Mağazalarda istifadə müddəti ötmüş 1 tondan çox ərzaq məhsulları aşkarlanıb

Mağazalarda istifadə müddəti ötmüş 1 tondan çox ərzaq məhsulları aşkarlanıb
# 19 iyun 2009 15:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib. Nazirlikdən APA-ya verilən məlumaat görə, monitorinq zamanı Bakı şəhərinin Səbail rayonundakı “Sevimli dad” mağazasında, “Çinar market”də, “Romaşka market”də, “SUN market”də, Nərimanov rayonundakı “Göyçay market”də, Gəncə şəhərindəki “Moskva market”də, “Mahir market”də, “Real market”də, “Samir market”də, “Metro market”də, Sumqayıt şəhərində Zakir Nuriyevə məxsus ərzaq mallarının topdansatış mağazasında, Yevlax şəhərində Xalid Vəliyevə məxsus ərzaq mağazasında, Xaçmaz şəhərindəki “Baxşəli market”də və Zaqatala şəhərindəki “Bazar-2” sahəsində yerləşən Sabir Əliyevə məxsus qarışıq mallar mağazasında istifadə müddəti ötmüş, ümumi çəkisi 1,1 tona yaxın ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz məhsulları və s. aşkar olunub. Bu məhsullar satışdan çıxarılaraq məhv edilib. Qanunvericiliyin tələbini pozmuş 3 hüquqi və 10 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, cari ilin mayın 17-dən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 15 hüquqi şəxsə 56,5 min manat, 76 fiziki şəxsə isə 114,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR