Bank Of Baku

Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlıqda aşkarlanmış sümüklərin qorunması ilə bağlı heç bir tədbir görülmür”

Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlıqda aşkarlanmış sümüklərin qorunması ilə bağlı heç bir tədbir görülmür”
# 19 iyun 2009 15:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Qubadakı kütləvi məzarlıqda olan sümüklərin parçalanması sürətlənib. Bu barədə APA-ya kütləvi məzarlıqda aparılmış ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, Quba məzarlığında aşkara çıxarılmış və ermənilərin 1918-ci ildə törətdiyi soyqırımın dəlilləri olan insan kəllələri 2007-ci ildən qismən, 2008-ci ildən isə tam açıq vəziyyətdədir: “İndiyədək sümüklərin çürüməsinin qarşısını primitiv üsullarla almışıq. Ancaq bu vəziyyət çox davam edə bilməz. Dəfələrlə müraciət etməyimə baxmayaraq, hələ də Qubadakı kütləvi məzarlıqda aşkarlanmış sümüklərin qorunması ilə bağlı heç bir tədbir görülmür. Məzarlıqda muzey yaratmaq işləri sürətlənib. Əgər sümüklər olmayacaqsa, yaradılacaq muzey kimə və nəyə lazımdır?” Qeyd edək ki, Quba məzarlığında 400-dən artıq sümük aşkarlanıb. Onların 211-i insan kəllələri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR