Bank Of Baku

TQDK “Azərbaycan dili” fənni üzrə imtahanların nəticələrini açıqlayıb

TQDK “Azərbaycan dili” fənni üzrə imtahanların nəticələrini açıqlayıb
# 22 iyun 2009 07:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilən imtahanın nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 3516 abituriyentdən 2948 nəfəri imtahanda iştirak edib, 568 abituriyent isə imtahana gəlməyib. İmtahan qaydalarını pozduğuna görə 2 abituriyent imtahandan xaric edilib və nəticələri ləğv olunub.
Abituriyentlərdən 2207 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb. Ən yüksək nəticə 30 bal, ən aşağı nəticə isə 0 bal olub.
Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2009-2010-cu tədris ili üçün ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR