Bank Of Baku

Daxili bazarda sitrus meyvələrinin qiyməti bahalaşa bilər

Daxili bazarda sitrus meyvələrinin qiyməti bahalaşa bilər
# 22 iyun 2009 07:38 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Bu il ölkə bazarlarında sitrus meyvələrinin qiyməti bahalaşa bilər. Bu açıqlamanı APA-nın cənub bürosuna Lənkəran Dövlət Universitetinin kafedra müdiri, kənd təsərrüfatı elmləri doktoru professor Fərman Quliyev verib. Onun sözlərinə görə, 2008-ci ilin yanvar ayında şiddətli şaxtalar sitrusçuluğun inkişafına böyük zərbə vurub. Təkcə Astara rayonunda 2 min hektar sitrus bağlarında 10 mindən çox limon və portağal ağacını don vuraraq məhv edib. Nəticədə həmin ərazilərdə yanan ağaclar kökündən çıxarılaraq, yerində yeniləri əkilib. Fərman Quliyev deyib ki, sitrus ağacları bir qayda olaraq 5 yaşın tamamında bar verir. Qeyd edək ki, keçənilki şaxtaların sitrus bağlarını məhv etməsi bazarda bu meyvələrin müəyyən qədər bahalaşmasına səbəb olub. F. Quliyevin sözlərinə görə, bu il bazarda limon və portağal istisna olmaqla, digər növ sitrus meyvələrinin qiyməti fərqli dərəcədə bahalaşmayacaq. Çünki kəskin şaxtalar zamanı qismən ziyan dəymiş naringi, feyxoa və digər növ sitrus bağlarının bu il bol məhsul verəcəyi gözlənilir. Ümumiyyətlə isə, təbii fəlakətin vurduğu ziyandan sonra Astaranın sitrus təsərrüfatlarında məhsul istehsalı 3-4 dəfə azalıb. Bu faktı Rayon İcra Hakimiyyətində (RİH) də təsdiqləyiblər. RİH – nin aqrar məsələlər şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, 2006-cı ildə rayon üzrə 15 min tona yaxın sitrus meyvəsi tədarük edildiyi halda, 2007-ci ildə bu rəqəm 12 min ton olub. 2008 – ci ilin yanvarında baş verən təbii fəlakətdən sonra isə Astaranın sitrus bağlarından cəmi 8 min ton məhsul yığılıb. Xatırladaq ki, ötən il kəskin şaxtaların Astarada 2 min hektardan çox sitrus plantasiyalarında orta hesabla 10 minədək ağacı məhv etməsi nəticəsində yerli torpaq mülkiyyətçilərinə və kəndli – fermer təsərrüfatlarına 20 milyon manatdan çox ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR