Bank Of Baku

Misir Mərdanov: “Kim valideynlərdən pul alıbsa və ona attestat veriləcəyini vəd edibsə, qanun qarşısında cavab verməlidir”

Misir Mərdanov: “Kim valideynlərdən pul alıbsa və ona attestat veriləcəyini vəd edibsə, qanun qarşısında cavab verməlidir”
# 22 iyun 2009 10:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bildirib: “Orada buraxılış imtahanları, attestat verilməsi üçün valideynlərdən pul toplanması və təhsil şöbəsinin müdirinin seyfində doldurulmamış boş attestatlar, şəhadətnamələr olduğu bildirilirdi. Təhsil sahəsində baş verən və baş verə biləcək korrupsiya tipli hadisələrə qarşı Təhsil Nazirliyi məsuliyyətlə yanaşır. Bir neçə ay əvvəl Baş Prokurorluğun Korrupsiya İdarəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə böyük tədbir də keçirilib. Bu işlərlə bağlı respublikasının hüquq-mühafizə orqanları ilə birgə mübarizə aparırıq”.
Nazir deyib ki, əgər kimsə öz seyfində boş təhsil sənədi saxlayırsa bu cinayətdir: “Biz bunu birmənalı şəkildə bildirmişik və bildirəcəyik. Kim valideynlərdən pul alıbsa, attestat veriləcəyini vəd edibsə, o qanun qarşısında cavab verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR