Bank Of Baku

Azərbaycanda fərdi uçot sisteminə 7 mindən artıq əcnəbi vətəndaş düşüb

Azərbaycanda fərdi uçot sisteminə 7 mindən artıq əcnəbi vətəndaş düşüb
# 22 iyun 2009 11:09 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda tətbiq olunan yeni sığorta-pensiya sisteminin əsas məzmunu olan sığortaolunanlar üçün ödənilən sosial sığorta haqlarının fərdi uçotu modulu qurulub.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sektor müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, hazırda vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatlarına əsasən aparılması sahəsində işlər daha da intensivləşdirilib və görülən işlərin nəticəsi artıq Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayında müşahidə edilir.

Belə ki, bu ilin ilk beş ayının statistikasına əsasən, artıq fərdi uçot sistemində 83 ölkədən 7 284 nəfər xarici vətəndaş uçotdadır. Onların arasında Türkiyə vətəndaşları 4 124 nəfərlə çoxluq təşkil edir. Bunun ardınca 1 148 nəfərlə Gürcüstan vətəndaşları, 520 nəfərlə Rusiya vətəndaşları gəlir. Sonrakı yerləri İran (224 nəfər), Hindistan (185), Çin (86), Ukrayna (70), Pakistan (70), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (67), Malayziya (63), Qazaxıstan (59), Özbəkistan (57) və s. ölkələr tutur.

Beynəlxalq təcrübədən irəli gələrək, ölkəmizdə məcburi dövlət sosial sığortası sahəsində fərdi uçotun tətbiq olunması Azərbaycan vətəndaşları ilə yanaşı, respublikanın mənbələrindən əmək haqqı və məcburi dövlət sosial sığortaya cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin də məcburi dövlət sosial sığortaya cəlb olunması məsələsi müzakirə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR