Bank Of Baku

Buraxılış imtahanlarında “qeyri-kafi” alan 19770 şagirdə attestat verilməyəcək

Buraxılış imtahanlarında “qeyri-kafi” alan 19770 şagirdə attestat verilməyəcək
# 22 iyun 2009 12:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İyunun 3-dən 16-dək ölkənin bütün orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada 293 mərkəzdə səkkiz fənn üzrə keçirilən buraxılış imtahanında iştirak etməli olan 99 630 şagirddən 96595-i imtahan verib. Ölkə üzrə müvəffəqiyyət göstərici 77,11 faizdir (76825 nəfər). Qeyri-kafi alan 19770 nəfərə attestat verilməyəcək”. APA-nın məlumatına görə, bunu buraxılış imtahanlarının nəticələrinə dair keçirilən mətbuat konfransında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, ilboyu “qeyri-kafi” qiymət aldığını görə 5067 nəfər şagird imtahana buraxılmayıb. Olimpiada qalibi olduğuna görə 6, xəstəliyə görə isə 419 nəfər şagird buraxılış imtahanından azad edilib.

Mərkəzləşdirilmiş buraxılış imtahanlarında ən yüksək göstəricini Sumqayıt məktəbləri göstərib - 91,31 faiz. Paytaxtın 11 rayonu arasında isə ən yüksək göstəricini Xətai rayonu (95,29 faiz) əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR