Bank Of Baku

Buraxılış imtahanlarından “qeyri-kafi” qiymət alan şagirdlərin valideynləri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər

Buraxılış imtahanlarından “qeyri-kafi” qiymət alan şagirdlərin valideynləri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər
# 22 iyun 2009 12:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Mərkəzləşmiş buraxılış imtahanlarında attestat ala bilməyən şagirdlərin valideynləri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. APA-nın məlumatına görə, aksiya iştirakçıları imtahanların nəticələri ilə razılaşmayaraq, təkrar imtahan keçirmək tələbini irəli sürüblər.

Aksiyaya münasibət bildirən təhsil naziri Misir Mərdanov isə bildirib ki, imtahanın nəticələrindən narazı qalanlar iyunun 22-dən 30-dək nazirliyin nəzdində yaradılmış Apellyasiya Komissiyasına ərizə verə bilərlər: “Nazirliyin əməkdaşları hər bir valideyni və şagirdi qəbul edərək, kompüterlərin qarşısında həmin şagirdə niyə imtahandan “qeyri-müvəffəq” qiymət aldığını izah edəcəklər”.

Valideynlərin təkrar imtahan keçirmək tələbinə gəlincə, nazir bildirib ki, bu, mümkün deyil.

Qeyd edək ki, bu il keçirilmiş buraxılış imtahanlarında “qeyri-kafi” qiymət alan 19770 şagird attestatdan məhrum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR