Bank Of Baku

Təhsil Nazirliyinin saytında Ucardan olan şagirdlərin imtahan nəticələrində yanlışlığa yol verilib

Təhsil Nazirliyinin saytında Ucardan olan şagirdlərin imtahan nəticələrində yanlışlığa yol verilib
# 22 iyun 2009 15:07 (UTC +04:00)
Ucar-Bakı. Zahid Abışov, Kəmalə Quliyeva - APA. Ucar rayonunda iyunun 3-də mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında rayonun 2 məktəbinin 11-ci sinif şagirdləri fizika və xarici dil fənnindən “0” balla qiymətləndirilib. APA-nın yerli bürosunun xəbərinə görə, bu, şagirdlərin və onların valideynlərinin narazılığına səbəb olub. Ucar rayon Təhsil Şöbəsinin müdir müavini Faiq Misirovun APA-nın əməkdaşına bildirib ki, Lək kəndindəki 1 və 2 saylı orta məktəblərdən olan şagirdlərin qiyməti Təhsil Nazirliyinin internet saytında səhvən “0” balla qiymətləndirilib. Həmin məktəblərdə xarici dil tam tədris olunmadığından bu fənn buraxılış imtahanlarından çıxarılıb. Bu səbəbdən şagirdlər həmin fəndən imtahan verməyiblər. Fizika fənninə gəlincə, F. Misirov qeyd edib ki, bu səhvən baş verib. Onun sözlərinə görə, əslində şagirdlər “0” ballıq nəticə göstərməyiblər. Müdir müavini deyib ki, artıq imtahanların nəticələri Təhsil Nazirliyindən rayon mərkəzinə gətirilib və məktəb direktorlarına paylanaraq səhv aradan qaldırılıb.
Valideynlər isə hələ də Təhsil Nazirliyinin internet saytında səhvin aradan qaldırılmamasından narahatdırlar.
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva da APA-ya bildirib ki, Ucar rayonunun Lək kəndindəki 1 və 2 saylı məktəblərdə xarici dil tədris olunmadığından bu fənn buraxılış imtahanından çıxarılıb. Fizika fənni üzrə isə saytda texniki qüsur olub. T. Hacıyevanın sözlərinə görə, saytda gedən məlumatlar dövlət sənədi sayıla bilməz, nazirliyin rayon mərkəzinə göndərdiyi nəticələrdə şagirdlərin real nəticələri öz əksini tapıb. Saytdakı qüsur isə aradan qaldırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR