Heydər Əliyev Fondu Strasburqda xeyriyyə aksiyası həyata keçirib
Mərasimdə Strasburq şəhərinin meri Rolan Ris (Roland RİES), Strasburq şəhərinin baş yepiskopu və dini qurumların nümayəndələri, Elzas regionunun prefekti, yerli özünü idarə orqanlarının məsul şəxsləri, Fransa Mədəniyyət Nazirliyinin Elzas regionu üzrə Baş İdarəsinin rəhbəri və məsul şəxsləri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, Türkiyənin AŞ yanında daimi nümayəndəsi, eləcə də Strasburq baş konsulu, universitet ziyalıları, Azərbaycan diasporunun üzvləri, “France 3” televiziya kanalı, “Frans Blö” (“France Bleue”) radiosunun, “Elzasın Son Xəbərləri” (“Les Dernières Nouvelles d”Alsace”), “Elzas” (“ALSACE”) və “20 dəqiqə” (“20 minutes”) qəzetlərinin jurnalistləri və digər mətbu orqanların nümayəndələri iştirak edib.
“Avropanın siyasi paytaxtı olan Strasburq şəhərində belə bir mərasimin təşkili çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu mərasim Fransa-Azərbaycan arasında bütün sahələrdə uğurla davam edən ikitərəfli münasibətlərin daha da dərinləşməsi istiqamətində atılan uğurlu addım olacaq”, - deyə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Heydər Əliyev Fondunun Departament direktoru Qənirə Paşayeva bildirib.
Millət vəkili qeyd edib ki, Heydər Əliyev Fondunun təşkilatı dəstəyi ilə Strasburqda Azərbaycanla bağlı bir sıra mədəni tədbirlər təşkil edilib. Həmin tədbirlər çərçivəsində Azərbaycan Uşaq Xoru və Uşaq Simfonik orkestri 2008-ci ildə 28 May - Respublika Günü münasibətilə Strasburq Kafedralında konserti proqramı ilə çıxış edib: “Strasburq Kafedralında konsertin keçirilməsinə müstəsna hallarda icazə verilir. Amma Strasburq kafedral kilsəsini təmənnasız olaraq gənc azərbaycanlı istedadların ixtiyarına verən Strasburq bələdiyyəsinin yardımını yüksək qiymətləndirir və onun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğını alqışlayırıq. Beləliklə, ilk dəfə olaraq, müsəlman ölkəsinin nümayəndələri Strasburq kafedral kilsəsində konsert verib”.
Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verən millət vəkili qeyd edib ki, 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın inkişafına xidmət edən və müxtəlif sahələri əhatə edən irimiqyaslı proqram və layihələr həyata keçirir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Fondun dünyanın bir neçə ölkəsindəki nümayəndəlikləri uğurla fəaliyyət göstərir.
Fondun mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki fəaliyyətini və təcrübəsini xüsusi vurğulayan Q. Paşayeva qeyd edib ki, Heydər Əliyev Fondu, onun prezidenti Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, eləcə də beynəlxalq mədəni proseslərdə fəal iştirak edir, xüsusilə mədəniyyətlərarası dialoqla bağlı təşəbbüslərə xüsusi diqqət yetirir.
Millət vəkili bildirib ki, Mehriban Əliyevanın qayğısı və təşəbbüsü ilə mədəni müxtəlifliyə, mədəniyyətlər və dinlərarası dialoqa həsr edilmiş mötəbər beynəlxalq konfranslar təşkil olunub: “Xüsusilə qadınların mədəniyyətlər və dinlərarası dialoqda rolunun artırılmasına dair Bakıda keçirilən beynəlxalq konfrans dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Bugünkü mərasim də Fondun mədəniyyətlər və dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsidir”.
Heydər Əliyev Fondunun Azərbaycаnda da dini abidələrin bərpasına yardım etdiyini vurğulayan Q. Paşayeva onun tarixi-dini, mədəni abidələrin qorunması və bərpasını həmişə diqqətdə saxladığını qeyd edib. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verib. “Fond təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, eləcə də digər dinlərə və mədəniyyətlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır. Bunun əyani sübutu olan bu mərasim eyni zamanda, Azərbaycan xalqının yüzilliklər boyu formalaşmış tolerantlıq ənənəsinin yüksək səviyyədə olmasının göstəricisidir”, - deyə Qənirə Paşayeva əlavə edib.
O, habelə əlavə edib ki, Heydər Əliyev Fondu Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin də bərpasına maliyyə yardımı göstərib. Fond beynəlxalq miqyasda da böyük layihələr həyata keçirir. Millət vəkili Strasburq şəhərində tez-tez Azərbaycanla bağlı mədəni və digər tədbirlər təşkil ediləcəyinə ümid etdiyini ifadə edib.
Görüşdə çıxış edən Strasburq şəhərinin meri Rolan Ris qeyd edib ki, Heydər Əliyev Fondunun Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə ayırdığı maliyyə yardımını səxavətli bir jest və Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirir. “Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan öz mədəni irsinə diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də diqqət və qayğı göstərir. Orta əsrlərdə xristianlığın ən yüksək kilsəsi olan Strasburq Kafedral kilsəsi də Avropa mədəni irsinin bir parçasıdır. Mədəniyyət sahəsində fəal iştirak edən Heydər Əliyev Fondu beynəlxalq arenada Azərbaycanın müsbət imicinin formalaşması və təşviqinə böyük diqqət göstərir. Bu təqdirəlayiqdir”, - deyə Strasburq meri bildirib.
O, habelə əlavə edib ki, Azərbaycanla bağlı birgə bir sıra mədəni tədbirlər həyata keçiriblər: “Azərbaycan Uşaq Xoru və Simfonik orkestri Strasburq kilsəsində konsert proqramı ilə çıxış edib. Hal-hazırda Azərbaycanın ənənəvi olaraq hər il təşkil edilən Strasburq Yeni İl yarmarkasında fəxri qonaq statusunda iştirak etmək istəyi var. Biz bu layihəni yaxından nəzərdən keçiririk. Bu layihənin 2010-cu ildə təşkil ediləcək Yeni İl yarmarkasında gerçəkləşməsi mümkün ola bilər. Bu il yarmarkanın fəxri qonağı Rusiya olacaq”. Sonda Strasburq şəhərinin meri Heydər Əliyev Fondunun prezidentinə, Azərbaycan rəhbərliyinə və Azərbaycan xalqına bu xeyirxah aksiyaya görə dərin təşəkkürünü bildirib.
Sonra çıxış edən Elzas regionun prefekti Pyer-Etyen Biş və Strasburqun baş yepiskopu Jan-Pyer Qrale Heydər Əliyev Fondunun həyata keçirdiyi bu aksiyanı, onun Avropa mədəni irsinin bir hissəsi olan Strasburq kafedral kilsəsinin təmirinə görə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib və Fondun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıq hissini ifadə edib. Elzas regionunun prefekti çıxışında Fransanın Mədəniyyət və Kommunikasiya naziri, xanım Kristin Albanelin adından Heydər Əliyev Fondunun sədri Mehriban Əliyevaya təşəkkür edib.
Tədbirdə çıxış edən AŞ Azərbaycanın AŞ yanında daimi nümayəndəsi Arif Məmmədov bu tədbirin Heydər Əliyev Fondunun mədəniyyətlər və dinlərarası dialoqa, eləcə də dünya mədəni irsinə töhfə olduğunu vurğulayıb. Bu xüsusda, Strasburqun Azərbaycanla bağlı bir sıra mədəni tədbirlərə ev sahibliyi etdiyini xatırladan səfir şəhərin meri Rolan Risə göstərdiyi diqqətə görə təşəkkür edib.
Sonda Qənirə Paşayeva səfir Arif Məmmədovla birlikdə Heydər Əliyev Fondu adından hədiyyə çekini, Fond tərəfindən nəşr edilən “Qarabağ xanəndələri” və Fondun beş illik fəaliyyətini əks etdirən kitabları Strasburq meri Rolan Risə (Roland RİES) təqdim edib.
Millət vəkili qeyd edib ki, “Qarabağ xanəndələri” nəşrində Azərbaycanın ayrılmaz tərkib hissəsi Qarabağın ölkəmizin “musiqi beşiyi” olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycanın məşhur bəstəkarları Qarabağ bölgəsindən çıxıb. Bu nəşrdə toplanan musiqi parçaları dünya mədəni irsinə aiddir.
Azərbaycanı yaxşı tanıdığını qeyd edən Strasburq meri 5 il öncə Fransa Senatının nümayəndə heyətinin tərkibində Azərbaycanda olduğunu bildirib. “Mən Bakının gözəlliyinə heyran oldum. Azərbaycan zəngin mədəni irsə malikdir. Bu zənginlik məni heyrətləndirdi”, - deyə Strasburq meri əlavə edib.
Tədbir yerli mediada böyük əks-sədaya səbəb olub. Mərasimlə bağlı hazırlanan reportaj həmin gün “France 3” televiziya kanalında nümayiş etdirilib.
Sosial
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Xəbər Lenti
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb