Bank Of Baku

Azərbaycanda yeni dövlət təbiət yasaqlığı yaradılıb

Azərbaycanda yeni dövlət təbiət yasaqlığı yaradılıb
# 23 iyun 2009 08:06 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu--APA Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yeni dövlət təbiət yasaqlığı yaradılıb. APA-nın yerli bürosunun xəbərinə görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 22 iyun 2009-cu il tarixli fərmanı ilə yaradılan “Arpaçay” Dövlət Təbiət Yasaqlığının əsasnaməsi də artıq təsdiq edilib. Yasaqlığın yaradılmasında məqsəd muxtar respublikada ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin, mədəniyyət və tarixi-memarlıq abidələrinin qorunub saxlanılması, regionun xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsidir.
Naxçıvan MR-in Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının inzibati ərazilərində təşkil olunan yeni yasaqlıq 68 911,18 hektar sahəni əhatə edir. Yeni dövlət təbiət yasaqlığı Dərələyəz silsiəsinin Naxçıvan MR-in şimal-qərb hissəsində yerləşən əraziləri əhatə etməklə yanaşı Ermənistanla Naxçıvan MR arasında sərhəd boyunca uzanır. Ərazi hidroqrafik cəhətdən Araz çayı hövzəsinə aiddir. Arpaçay isə yasaqlığın ərazisində ən mühüm su mənbəyidir.
Ərazinin florasına uyğun burada ali sporlu çılpaq toxumlu bitkilərin 3000 növünə rast gəlinir ki, onla 773 cins və 134 fəsildə cəmləşib. Burada olan faunanın növ tərkibi və miqdarı isə Azərbaycan faunasının 60 faizini təşkil edir. Yasaqlığın ərazisinə həmçinin təbiət, mədəniyyət və arxeoloji abidələrdə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR