Bank Of Baku

Azərbaycan Təhsil Şəbəkəsinə 200 təhsil müəssisəsi qoşulub

Azərbaycan Təhsil  Şəbəkəsinə 200 təhsil müəssisəsi qoşulub
# 23 iyun 2009 11:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Təhsil Şəbəkəsinə («Azedunet») artıq 200 təhsil müəssisəsi qoşulub. İKT Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, şəbəkəyə Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Yevlax, Mingəçevir, Goranboy və Hacıqabulda yerləşən orta ümumtəhsil məktəbləri və digər təhsil qurumları qoşulub.

Azərbaycan Təhsil Şəbəkəsi layihəsinin rəhbəri Səməd Abbasovun sözlərinə görə, şəbəkəyə qoşulan təhsil müəssisələrinin 165-i Bakı, 35-i isə digər şəhər və rayonların payına düşür. Bu təhsil müəssisələrinin əksəriyyətində lokal şəbəkələr yaradılıb, modem, sviç və digər şəbəkə avadanlığı quraşdırılıb.

S.Məmmədovun sözlərinə görə, «Azedunet»ə ADSL2+ texnologiyası ilə qoşulan təhsil müəssisələri arasında sürət orta hesabla 2-10 Mbp/s, fiber-optik xətlərlə qoşulan müəssisələr arasında isə (10 pilot məktəb, Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi) 100 Mbp/s təşkil edir. Şəbəkə üzrə internet bağlantısı isə 30 Mbp/s, magistral xətlərin sürəti isə 10 Mbp/s-dən 1 Gbp/s-ə bərabərdir.

Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsinə fiber-optik xətlərlə qoşulan və «Elektron Məktəb» pilot layihəsində iştirak edən 10 məktəbdə İP-telefoniya və «video-zəng» sistemi tətbiq olunub. Şəbəkə rəhbərinin proqnozlarına görə, yaxın vaxtlarda pilot layihədə iştirak edən digər 10 məktəbdə də «İP üzərindən Səs və Video» texnologiyaları tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR