Bank Of Baku

Belarusun Azərbaycandakı səfiri Gəncədə müharibə veteranları ilə görüşüb - FOTO

Belarusun Azərbaycandakı səfiri Gəncədə müharibə veteranları ilə görüşüb - <font color=red>FOTO</font>
# 23 iyun 2009 11:44 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar - APA. Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Gəncə şəhərində İkinci Dünya Müharibəsi veteranları ilə görüşüb. APA-nın qərb bürosunun məlumatına görə, səfir veteranlar qarşısında çıxış edərək çətin müharibə illərində Belarus xalqı ilə birlikdə faşizmlə mübarizə apardıqları üçün onlara minnətdarlığını bildirib. Sonda diplomat veteranlara Belarus Respublikasının təsis etdiyi “Faşizm üzərində qələbənin 65 illiyi” medalını təqdim edib və şəxsən özü medalları onların yaxasına taxıb.

Görüşdən sonra APA-ya açıqlama verən N. Patskeviç veteranlara diqqət və qayğının vicdan borcu olduğunu vurğulayıb: “Veteranlara bu gün ayırdığımız vaxt və təqdim etdiyimiz medallar onların bizə verdiklərinin cüzi qarşılığıdır. Ömürlərini, bir çoxları isə ömürlərinin ən gözəl çağlarını bizim bugünkü rahatlığımız naminə qurban vermiş insanların qəhrəmanlığının əsl dəyərini, əsl xoşbəxtliyin dostluq, qardaşlıq və birgə səylərlə əldə edildiyini gənclərə anlatmağımız çox vacibdir”.

N. Patskeviç belə görüşlərin Bakıda və bəzi regionlarda da keçiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR