Bank Of Baku

Ali məktəblərin magistratura pilləsinə qəbulun nəticələri açıqlanıb

Ali məktəblərin magistratura pilləsinə qəbulun nəticələri açıqlanıb
# 23 iyun 2009 14:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də 2009-2010-cu tədris ili üçün ali məktəblərin magistratura pilləsinin ikinci mərhələsinə keçirilmiş imtahanın nəticələrini açıqlayıb. Komissiyasının mətbuat katibi Elnur Nağızadə APA-ya bildirib ki, ikinci mərhələ üzrə imtahanlarda iştirak etmək hüququ qazanmış 6383 bakalavrdan 53 nəfəri imtahana gəlməyib, 1 nəfər qaydaları pozduğuna görə imtahan zalından çıxarılıb, 4 bakalavrın imtahan nəticələri isə ləğv olunub. Ümumilikdə 3541 bakalavr magistratura pilləsinə qəbul edilib. Onlardan 10 nəfəri Türkiyə universitetlərinin magistratura pilləsinə daxil olub. Qalan 3541 bakalavr Azərbaycan ali məktəblərinin magistraturasında təhsil alacaq. Qəbul olunanların 1750 nəfəri oğlan, 1801 nəfəri isə qızdır.

Magistraturaya daxil olan şəxslər iyunun 25-dən iyulun 15-dək tələb olan sənədləri təqdim etməklə qəbul olunduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR