Bank Of Baku

Beynəlxalq Avropa Hərəkatı Azərbaycan üzrə Hazırlıq Komitəsi ilə Azərbaycan Avropa Hərəkatının birgə toplantısı keçirilib

Beynəlxalq Avropa Hərəkatı Azərbaycan üzrə Hazırlıq Komitəsi ilə Azərbaycan Avropa Hərəkatının birgə toplantısı keçirilib
# 23 iyun 2009 14:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Beynəlxalq Avropa Hərəkatı Azərbaycan üzrə Hazırlıq Komitəsi ilə Azərbaycan Avropa Hərəkatının birgə toplantısı keçirilib. Azərbaycan Avropa Hərəkatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Avropa Hərəkatı Azərbaycan üzrə Hazırlıq Komitəsinin fəaliyyətini bundan sonra Azərbaycan Avropa Hərəkatı tərəfindən davam etdirilməsi haqda qərar qəbul olunub.

Belə ki, Hazırlıq Komitəsinin fəaliyyətini Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən Azərbaycan Avropa Hərəkatı İctimai Birliyi həyata keçirəcək. Yığıncaqda Azərbaycan Avropa Hərəkatının rəhbər orqanlarına seçkilər də keçirilib. Hərəkatın təsisçisi və ilk prezidenti Həbib Quliyev namizədliyini geri götürərək, Avropa Hərəkatı Azərbaycan üzrə Hazırlıq Komitəsinin prezidenti Rəşad Xasayoğlunun prezidentliyini dəstəkləyib. Seçkinin nəticələrinə görə, R. Xasayoğlu qurumun prezidenti seçilib. Həbib Quliyev isə Azərbaycan Avropa Hərəkatının fəxri prezidenti olub. H. Quliyev təşkilatın fəaliyyətinə uğurlar arzulayaraq, yeni komandaya hər zaman dəstək verəcəyini də söyləyib.

Bundan sonra iclas yeni tərkibdə davam etdirilib. Yığıncaqda bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, bundan sonra Azərbaycan Avropa Hərəkatı adından danışan, bu adla fəaliyyət göstərən istənilən qurum Azərbaycan qanunvericiliyi ilə məsuliyyət daşıyır. Hərəkat bu istəkdə olanlarla bağlı məhkəmə instansiyasına müraciət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR