Bank Of Baku

Azərbaycanda ISO 9001:2008 standartının öyrədilməsi üzrə təlim keçiriləcək

Azərbaycanda ISO 9001:2008 standartının öyrədilməsi üzrə təlim keçiriləcək
# 23 iyun 2009 14:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) müəssisə və təşkilatların nümayəndələrinə ISO 9001:2008 standartının öyrədilməsi üzrə təlim keçəcək. Bu barədə «APA-Economics»ə komitənin mətbuat xidmətindən məlumat verilib.

İyulun 1-3-də keçiriləcək təlimin yekununda mütəxəssislərə sertifikat veriləcək.

Komitədən bildirilib ki, SMPDK-də yaradılmış komissiyanın sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılan müəssisə və təşkilatlarda Keyfiyyəti İdarəetmə Sisteminin fəaliyyəti ilə müşahidələr aparıb. Araşdırmalar zamanı bəzi təsərrüfat subyektlərində idarəetmə sistemlərinin ISO 9001:2000 standartının tələblərinə uyğun olmadığı aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR