Bank Of Baku

Azərbaycanda dövlət qulluqçularının orta aylıq pensiyası adi vətəndaşların pensiyasından 3,3 dəfə çoxdur

Azərbaycanda dövlət qulluqçularının orta aylıq pensiyası adi vətəndaşların pensiyasından 3,3 dəfə çoxdur
# 23 iyun 2009 15:02 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 9 694 nəfər təşkil edir.

Dövlət Sosial Müdafiə Fondundan «APA-Economics»ə verilən məlumata görə, dövlət qulluqçusu kimi pensiya alanların orta aylıq pensiya məbləği 327,4 manat təşkil edir və adi vətəndaşların orta aylıq pensiya məbləğindən (99 manat) 3,3 dəfə çoxdur.

Qeyd edək ki, dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Xatırladaq ki, Azərbaycan prezidentinin 2006-cı il 25 may tarixli sərəncamı ilə 23 iyun -dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunub. Ötən il isə dövlət qulluqçularının məvaciblərinin artırılmasına uyğun olaraq göstərilən kateqoriyadan olan şəxslərin pensiyaları iyulun 1-dən orta hesabla 50% artırılıb və praktikada ilk dəfə olaraq bu artımlar barədə pensiyaçıların fərdi məlumatlandırma sistemi tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR