Bank Of Baku

Türkiyə səfiri Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin Məişət Xidməti Mərkəzində olub

Türkiyə səfiri Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin Məişət Xidməti Mərkəzində olub
# 24 iyun 2009 09:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin Məişət Xidməti Mərkəzində olub. APA-nın məlumatına görə, birliyin rəhbərliyi və mərkəzin əməkdaşları ilə görüşən səfir onların iş şəraiti, TİKA-nın (Türk İşbirliyi və Kalkınma Ajansı) mərkəzə hədiyyə etdiyi avadanlıqların vəziyyəti ilə maraqlanıb. Azərbaycan-Türkiyə əlaqələrindən danışan diplomat hər iki ölkənin dost və qardaş olduğunu, bundan sonra da bütün məsələlərdə bir-birlərinə dəstək verəcəklərini söyləyib.

İctimai birliyin sədri Radə Abbas isə qeyd edib ki, TİKA onların müraciətinə biganə qalmayaraq mərkəzə 27 min ABŞ dolları dəyərində tikiş və toxuma maşınları hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR