Bank Of Baku

Bu günə qədər “Dövlət qulluqçularının reyestri”nə 7000 dövlət qulluqçusunun adı daxil edilib

Bu günə qədər “Dövlət qulluqçularının reyestri”nə 7000 dövlət qulluqçusunun adı daxil edilib
# 24 iyun 2009 09:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda Azərbaycanda “Dövlət qulluğu“ haqqında qanunun şamil edildiyi 30 min şəxs var. “Dövlət qulluqçularının reyestri”nə isə bu günə qədər 7000 dövlət qulluqçusunun adı daxil edilib”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. Onun sözlərinə görə, reyestrdə hər bir dövlət qulluqçusu barədə 100-dək məlumat var: “Hazırda bu proses davam edir. Dövlət orqanları ilə yaxın əməkdaşlıq çərçivəsində işləyirik. Yaxın müddətdə reyestrin tam formalaşmasına nail olacağıq”. B. Xəlilovun sözlərinə görə, vətəndaşlar dövlət qulluqçularının etik davranışları ilə bağlı şikayətlərini birbaşa dövlət orqanının rəhbərinə və komissiyaya edə bilərlər: “Bu il ərzində komissiyaya 10-a yaxın belə müraciət olub. Onlar qanunvericiliyə uyğun olaraq araşdırılıb və ərizəçilərə məlumat verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR