Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Meşələrdə yanğınların baş vermə ehtimalı artıb”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Meşələrdə yanğınların baş vermə ehtimalı artıb”
# 24 iyun 2009 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb. Nazirlik tərəfindən meşələrdə və meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun olaraq, bu il də qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. Meşə yanğınlarının qarşısının alınması məqsədilə ETSN və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturları ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq nazirliyin bütün meşə müəssisələrinin meşə mühafizə mühəndisləri, meşəbəyiləri, yanğın keşikçilərinin iştirakı ilə təlim-məşqlər keçirilib. Yanğın təhlükəsi gözlənilən ərazilərdə 671 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqlar çəkilib, 595 kilometr köhnə zolaqlar isə təmir edilib.
Nazirliyin mərkəzi və yerli qurumları tərəfindən bu təhlükənin qarşısını almaq üçün Meşə Mühafizəsi və Bərpası Müəssisələrində texniki avadanlıqlarla təchiz olunmuş növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb, bir çox meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülüb. Nəticədə ölkə ərazisində meşə yanğını hadisələrinin sayı əvvəlki illərə nisbətən minimuma endirilib. Lakin buna baxmayaraq, bəzi rayonların fermer təsərrüfatları və fiziki şəxslər tərəfindən taxıl biçinindən sonra kövşənliklərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarında mövcud olan yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR